Səfirlikdəki terror və Fərid Cəfərlinin cinayət işi müzakirə edildi
Bakıda keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Baş prokurorlarının 4-cü iclasında iştirak etmək üçün Baş prokuror Kamran Əliyevin dəvətilə İranlı həmkarı Mohammad Kazem Movahedi-Azad ölkəmizə işgüzar səfərə gəlib. Baş Prokurorluqda keçirilmiş görüş zamanı Azərbaycanın Tehrandakı səfirliyinə qarşı terror aktı törətmiş şəxsin mühakimə edilməsi ilə bağlı İran prokurorluq orqanlarının açıqlamasını bu istiqamətdə mühüm addım kimi qiymətləndirib. İranda məhkum edilən Azərbaycan vətəndaşı Fərid Səfərlinin barəsində cinayət işi müzakirə olunub.
Nərgiz Camalzadə