Səfirlik nümayəndələri Dağıstanda saxlanılan vətəndaşlarımızla görüşüblər
2020-09-23 10:00
Azərbaycanın Rusiyadakı Səfirliyi Dağıstanda saxlanılan vətəndaşlarımızın hüquqlarının qorunması üçün mümkün addımları atır. Səfirlik nümayəndələri məlum insident nəticəsində saxlanılan Azərbaycan vətəndaşları ilə görüşmək üçün Dərbənd şəhərinə ezam olunublar. İstintaq Təcridxanasında olan 4 nəfər barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. Digər üç nəfərin hüquqlarının təmin edilməsi istiqamətində lazımi tədbirlər görülür.
Fərid Mehdiyev