Səfərbərliyə cəlb edilən tələbələrə güzəşt müəyyənləşib
2020-12-24 16:00
Nazirlər Kabinetinin qərarına əsasən, orta ixtisas təhsili və bakalavriat təhsili üzrə 2019/2020-ci tədris ilində buraxılış kurslarında təhsil alan, tədris planının bütün şərtlərini yerinə yetirən, cari və aralıq attestasiyalardan müvəffəq qiymət alan və müəyyən səbəbdən yekun dövlət attestasiyasından keçməyən qismən səfərbərlik üzrə hərbi xidmətə çağırılan hərbi vəzifəli tələbə təhsil müddətində əldə etdiyi nəticələrə uyğun olaraq yekun dövlət attestasiyasından keçmiş hesab olunacaq. Qərar 2021-ci il yanvarın 31-dək qüvvədədir.
Nərgiz Camal