Səfərbərliklə hərbi xidmətə çağırılanların bəzilərinin təxrisinə başlanılıb
2020-12-02 12:00
Bu gündən bir qrup hərbi qulluqçunun səfərbərlikdən təxris olunmasına başlanılıb. “Bir qrup hərbi qulluqçunun səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilməsi haqqında” Prezidentin Sərəncamının icrasının sürətləndirilməsi məqsədilə Müdafiə Nazirliyi vətəndaşlara müvafiq sənədləşməni həyata keçirməyi tövsiyə edir. Hərbi qulluqçuların mqvafiq kateqoriyalara aid olmasını təsdiq edən sənədlərin notarial qaydada təsdiq edilmiş formasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə təqdim olunması xahiş olunur.
Nərgiz Camal