Səfərbərlik Xidmətinin vahid elektron informasiya sistemi haqqında əsasnaməsi təsdiqlənib
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vahid elektron informasiya sistemi haqqında əsasnamə təsdiq edilib.Sənədə əsasən, Dövlət Xidmətinin vahid elektron informasiya sisteminin hüquqi əsasları müəyyən edilir və sistemin fəaliyyətinin təşkili qaydaları tənzimlənir.Qərarın icrası nəticəsində dövlət orqanları arasında məlumat mübadiləsi daha operativ və şəffaf olacaq. Həmçinin çağırış və səfərbərlik sahəsində elektron xidmətlərin göstərilməsi genişlənəcək, məlumatların mərkəzləşdirilmiş və təhlükəsiz şəkildə idarə olunması təmin ediləcək.
03 mart 2026

