İnsan Hüquqları üzrə Müvəkkil Səbinə Əliyeva bildirib ki, Ukraynaya itkin düşmüş şəxslərin axtarışı sahəsində metodiki dəstəyin göstərilməsi ölkəmizin humanitar həmrəyliyə, beynəlxalq əməkdaşlığa və insan həyatına verdiyi önəmin növbəti təzahürüdür.Ombudsman qeyd edib ki, Azərbaycanın bu sahədə qazandığı peşəkar təcrübə və müasir genetik identifikasiya imkanları artıq beynəlxalq səviyyədə etimad qazanır.İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması ailələrin həqiqəti bilmək hüququnun təmin edilməsi, insan ləyaqətinin qorunması və humanitar dəyərlərə sadiqliyin mühüm göstəricisidir.Münaqişələr başa çatsa da, yaxınlarının taleyindən xəbər gözləyən ailələrin ağrısı davam edir və hər kəsin doğmasının aqibətini öyrənmək, onu layiqincə dəfn etmək hüququ beynəlxalq humanitar hüququn əsas prinsiplərindən biridir.
30 iyun 2026

