"Səbail" "Şamaxı"nı, "Zirə" isə "Turan Tovuz"u sınağa çəkəcək
Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinin daha iki oyunu keçiriləcək. İlk olaraq saat 14:00-da "Səbail" "Şamaxı"nı qəbul edəcək. Günün ikinci görüşündə "Zirə" "Turan Tovuz"u sınağa çəkəcək. Matç saat 17:00-da start götürəcək. Daha əvvəl "Sabah", "Sumqayıt", "Araz-Naxçıvan" və "Qəbələ" 1/4 finala vəsiqə qazanıblar. Bu raundun "Qarabağ" - MOİK və "Neftçi" - "Qaradağ Lökbatan" oyunları isə dekabrın 21-də baş tutacaq.
Vüsalə Cənnətova