Canlı
"Sınıq Körpü"də Ticarətin Asanlaşdırılması Mərkəzi sentyabrın sonunda fəaliyyətə başlayacaq

2018-09-12 / 12:13

"Azərbaycan-Gürcüstan sərhəddindəki "Sınıq Körpü" gömrük-keçid məntəqəsində gözləmələri azaltmaq üçün Avropa İttifaqı ilə əməkdaşlıq çərçivəsində Ticarətin Asanlaşdırılması Mərkəzi tikilir. Mərkəz bu ayın sonunda istifadəyə veriləcək". Bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deyib. O bildirib ki, gömrük işinin keyfiyyətinin artırılması üçün bu ilin yanvar-avqust aylarında komitənin əməkdaşlarının sayı, təxminən, 250 nəfər artırılıb.

Vəfa Şairova