Sürücülərin müvafiq sənədləri daşıması tələbi aradan qaldırılır
2021-02-23 14:06
Doktoranturaya qəbul üzrə ilk imtahandan müvəffəqiyyətlə keçən çağırışçılara hərbi xidmətdən 3 ay möhlət veriləcək. Bu Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklikdə əksini tapıb. Plenar iclasda İnzibati Xətalar Məcəlləsinə dəyişiklik də müzakirə edilib. Belə ki, sürücülər üçün sürücülük vəsiqəsi, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və digər sənədlərin daşınması tələbi aradan qaldırılır. Həmin sənədlər Dövlət Yol Polisi əməkdaşları tərəfindən bort-kompüterlər vasitəsilə yoxlanılacaq. Hər iki dəyişiklik üçüncü oxunuşda qəbul edilib.
Nərgiz camal