2021-06-24 10:12
Sülh müqaviləsi üzərində işə başlamaq barədə bizim təklifimiz hələlik cavabsız qalır. Prezident İlham Əliyev Rusiya xarici işlər naziri Sergey Lavrovu qəbul edərkən Azərbaycanın mövqeyinin regionda uzunmüddətli sülhün bərqərar olmasına yönəldiyini bildirib. Dövlətimizin başçısı vurğulayıb ki, sülh müqaviləsi üzərində işə başlamaq barədə bizim təklifimiz hələlik cavabsız qalır. Qafqazda möhkəm sülhün bərqərar olması işində Rusiyanın fəal səylərinə də ümid bəslədiklərini deyən ölkə rəhbəri, 2020-ci il noyabr Bəyannaməsinə uyğun olaraq kommunikasiyaların açılması, Azərbaycan yüklərinin və vətəndaşlarının Naxçıvan Muxtar Respublikasına maneəsiz çatdırılmasının təmin edilməsi kontekstində praktiki addımlar atılacağına ümid etdiyini də deyib. Prezident vurğulayıb ki, bu, Ermənistan tərəfinin hüquqi öhdəliyidir.
Fərid Mehdiyev