"Sülh günü"ndə sülhün önəmindən danışıldı
Bu gün bütün dünyada sülh günü kimi qeyd olunur. Gəncədə 80-ə yaxın gəncin iştirakı ilə keçirilən tədbirdə sülhpərvər ölkə olan Azərbaycanın uzun müddət erməni təcavüzünə məruz qalmasından, Vətən müharibəsi ilə işğala son qoyulduğundan söz açılıb. Ölkəmiz üçün Ermənistanla başlanılan sülh müqaviləsi üzərində işin önəmindən bəhs olunub.