Rusiyanın XİN rəhbəri Bakıda Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək

2019-12-02 12:00

Bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycana iki günlük rəsmi səfəri başlayır. Səfər çərçivəsində onun Azərbaycan Prezidenti İlham Əliyev, eləcə də xarici işlər naziri Elmar Məmmədyarovla görüşləri nəzərdə tutulub. Məmmədyarovla danışıqlar zamanı beynəlxalq və regional məsələlər, o cümlədən Dağlıq Qarabağ münaqişəsi müzakirə ediləcək.

Vəfa Şairova