Rusiyanın xarici işlər naziri Sergey Lavrov ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib
Həmsədrlər rusiyalı İqor Popov, amerikalı Ceyms Uorlik və fransalı Pyer Andryö, eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin Dağlıq Qarabağ üzrə şəxsi nümayəndəsi Anjey Kasprşik Lavrovla mayın 16-da Vyanada və iyunun 20-də Sankt-Peterburqda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə sammitlərdə əldə edilən razılaşmaların reallaşdırılmasının gedişatı daxil olmaqla, Dağlıq Qarabağ məsələsini müzakirə ediblər.
Ruhəngiz Hacızadə