Rusiyanın məşhur teatr və kino aktrisası, xalq artisti Liya Axecakova Azərbaycana dəstək nümayiş etdirib
2020-11-01 14:08
Rusiyanın məşhur teatr və kino aktrisası, xalq artisti Liya Axecakova Azərbaycana dəstək nümayiş etdirib. 82 yaşlı aktrisa əlində “Qarabağ Azərbaycandır” şüarı yazılan plakat tutub. 60-a qədər filmdə müxtəlif rollar ifa edən Liya Axecakovanı Azərbaycanlı kinomanlar Sovet dövrünün istehsalı olan "Taleyin ironiyası və ya həmişə təmizlikdə", "İşdə məhəbbət macərası", "Moskva göz yaşlarına inanmır" kimi bədii filmlərdən tanıyır.
Vüsalə Camal