Canlı
Rusiyanın İjevsk şəhərində yaşayış binasının bir bloku uçdu, ölənlər var

Rusiyanın İjevsk şəhərində 9 mərtəbəli yaşayış binasının bir blokunun tamamilə uçması nəticəsində ölənlərin sayı 5-ə çatıb. Hadisə nəticəsində xəsarət alan 4 nəfərdən biri xəstəxanada keçinib. Onun qadın olduğu bildirilir. Hazırda hadisə nəticəsində iki nəfərin itkin düşdüyü ehtimal olunur. Dağıntılar altında insanların qaldığı istisna olunmur. Hadisə yerində axtarış-xilasetmə əməliyyatı davam edir.

Fərid Mehdizadə