Rusiyanın "Dinamo" komandasının baş məşqçi postuna Mirça Luçesku təyin oluna bilər

2019-10-08 12:05

Futbol üzrə Azərbaycan millisinin üzvü Ramil Şeydayevin çıxış etdiyi Rusiyanın "Dinamo" komandasının baş məşqçi postuna Mirça Luçesku təyin oluna bilər. Bu barədə 74 yaşlı mütəxəssisin agenti açıqlama verib. O, "Dinamo" rəsmiləri ilə təmaslarının olduğunu deyib. Ötən həftəsonu Rusiya Premyer Liqasının 12-ci turunda "Orenburq"a 0:2 hesablı səfər məğlubiyyətindən sonra "Dinamo"nun baş məşqçisi Dmitri Xoxlov istefaya göndərilib.

Vüsalə Camal