Rusiyanın 2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatında iştirak etməsinin mümkün olmadığı bildirilib
2020-02-05 16:06
Ümumdünya Antidopinq Agentliyi Rusiyanın 2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatında iştirak etməsinin mümkün olmadığını bildirib. Bu barədə məşhur "BeIN Sports" kanalı öz "Twitter" səhifəsində yazıb. Qeyd edək ki, agentliyin qərarına əsasən, Rusiya irimiqyaslı yarışlardan, o cümlədən olimpiada və dünya çempionatlarında çıxış etmək hüququndan məhrum olunub.
Vüsalə Camal