Rusiyanın “Moskva” raket kreyserində yanğın baş verib
2021-04-14 10:07
Rusiyanın “Moskva” raket kreyserində yanğın baş verib. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, yanğın nəticəsində döyüş sursatları partlayıb, gəmiyə ciddi ziyan dəyib. Bildirilib ki, ekipaj tamamilə təxliyə edilib, yanğının baş vermə səbəbləri araşdırılır. Ukrayna mətbuatı isə iddia edir ki, “Moskva” raket kreyseri Ukraynanın “Neptun” gəmi əleyhinə raket kompleksi tərəfindən vurulub.
Nərgiz camal