Rusiyada qismən səfərbərlik elan olunub
Rusiya Luqansk, Donetsk, Xerson və Zaporojyedə referendumun keçirilməsinə hər cür dəstək verəcək. Novorossiyanın tarixi torpaqları artıq Kiyev rejiminin boyunduruğu altında qalmaq istəmir. Bunu Rusiya Prezidenti Vladimir Putin xalqa etdiyi müraciətində bildirib. Qərbin Rusiyanı parçalamaq istəyinə toxunan Putin qeyd edib ki, ərazi bütövlüyünə yaranan təhlükə nüvə silahından istifadə ilə nəticələnə bilər. Rusiya Prezidenti həmçinin ölkədə qismən səfərbərlik elan edilməsi barədə fərman da imzalayıb. Ehtiyatda olan 300 min nəfər ordu sıralarına çağırılacaq.