Rusiyada miqrantların patent olmadan işləməsinə icazə verilib
2020-04-23 10:03
Rusiya Federasiyasının ərazisində olan xarici vətəndaşlar ölkəyə giriş məqsədindən asılı olmayaraq, cari ilin 15 mart tarixindən 15 iyunadək iş icazəsi və ya patent almadan əmək fəaliyyəti ilə məşğul ola bilərlər. Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Moskva şəhəri üzrə Baş İdarəsi məlumat yayıb. İşəgötürən tərəfindən qanunun tələblərinə, o cümlədən müəyyən edilmiş məhdudiyyətlərə və əhalinin sanitariya-epidemioloji rifahının təmin edilməsinə yönəldilmiş tədbirlərə əməl olunmalıdır.
Fərid Mehdiyev