Canlı
Rusiyada mənzildə baş verən yanğında azərbaycanlılar həlak olublar

2018-02-13 / 09:04

Rusiyanın Orenburq vilayətində çoxmərtəbli yaşayın binasında mənzillərdən birində baş verən yanğın nəticəsində azərbaycanlı ailənin üzvləri ölüb. Binanın 9-cu mərtəbəsindəki yanğın söndürüldükdən sonra biri 47 yaşlı olmaqla iki kişi cəsədi aşkar edilib. Şəhər xəstəxanasına yanıq xəsarətləri alan 7 nəfər aparılıb. Onlardan 3 nəfəri azyaşlı uşaq olub. Xəstəxanaya aparılan zaman 3 yaşlı qız uşağı və 6 yaşlı oğlan təcili tibbi yardım maşınında keçinib. Digər zərərçəkənlərin vəziyyəti ağır olaraq qalır.

Vəfa Şairova