Canlı
Rusiyada keçiriləcək DÇ-2018 biletlərinin qiymətləri açıqlanıb

Gələn il Rusiyada keçiriləcək DÇ-2018-in oyunlarına biletlər satışa çıxır. İlk satış dönəmi 14 sentyabr – 16 noyabr tarixləri aralığında olacaq. Biletlərin növbəti partiyası isə 5 dekabr - 31 yanvar və 13 mart - 3 aprel aralığında satışa çıxacaq. Biletlərin qiymətinə gəlincə, qrup mərhələsinin oyunları 175-455 ABŞ dolları arasında dəyişir. Final matçı üçün bilet isə 550-1100 dollar arasında olacaq.

Fərid Mehdiyev