Rusiya Ukraynanı raket atəşinə tutub, ölənlər var
Rusiya Silahlı Qüvvələri Ukraynanı bu gecə raket atəşinə tutub, ən çox dağıntılar Zaporojye şəhərində qeydə alınıb. Ukrayna Prezidenti Vladimir Zelenski qeyd edib ki, gecə saatlarında şəhərin mərkəzindəki hündürmərtəbəli bina raketlə vurulub və binanın yuxarı mərtəbələri dağılıb. “Təəssüf ki, raket hücumu nəticəsində ölənlər və yaralananlar var. Axtarış-xilasetmə əməliyyatları davam etdirilir”, – Zelenski qeyd edib.
Nərgiz Camalzadə