Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı öldürülüb
Rusiya-Ukrayna müharibəsində əslən Lənkəranın Separadi kəndindən olan 1968-ci il təvəllüdlü həkim, tibb elmləri namizədi Vahab Quliyev həlak olub.O, Kupyansk istiqamətində döyüşlər zamanı Rusiya tərəfinin dron hücumu nəticəsində həyatını itirib. 30 ildən çoxdur Ukraynada yaşayan Vahab Quliyevin nəşi Azərbaycana gətirilib və doğulduğu Separadi kəndində dəfn olunması gözlənilir.
07 oktyabr 2026

