Rusiya tərəfi ilə kommunikasiyaların açılması məsələsini müzakirə olunub
2021-12-16 12:13
Prezident İlham Əliyev Rusiya Baş nazirinin müavini Aleksey Overçuku qəbul edib. Rusiya-Azərbaycan-Ermənistan Baş nazirlərinin müavinləri səviyyəsində üçtərəfli komissiyanın fəaliyyətinə toxunulub, kommunikasiyaların açılması və digər məsələlər müzakirə olunub. Həmçinin iki ölkə arasında əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Vüsalə camal