Canlı
Rusiya Qış Olimpiya Oyunlarında iştirak etməyəcək

2017-12-06 / 12:07

Rusiya idmançıları 2018-ci ildə Cənubi Koreyanın Pxençxan şəhərində keçiriləcək Qış Olimpiya Oyunlarından kənarda qalacaq. Bu barədə Beynəlxalq Olimpiya Komitəsi qərar qəbul edib. Soçidə olimpiadasında iştirak etmiş bütün rus idmançılardan dopinq testlər götürüləcək. Yasaqlı maddələrdən istifadə etməmiş idmançılar sərbəst şəkildə 2018-ci il Qış Olimpiadasına qatıla biləcəklər. Onlardan hansısa biri çempion olacağı halda Beynəlxalq Olimpiya Komitəsinin bayrağı dalğalandırılacaq və himni səsləndiriləcək.

Ruhəngiz Hacızadə