Canlı
Rusiya Prezidenti Sankt-Peterburq şəhərində baş vermiş partlayışı “terror aktı” adlandırıb

2017-12-29 / 14:06

Rusiya Prezidenti Vladimir Putin ötən gün Sankt-Peterburq şəhərində baş vermiş partlayışı “terror aktı” adlandırıb. Putin bunu Suriyada hərbi əməliyyatlarda iştirak etmiş zabitlərlə görüşündə deyib. Ötən gün Sankt-Peterburqdakı "Perekrestok" mağazasında partlayış baş verib. Nəticədə 13 nəfər yaralanıb.

Vəfa Şairova