Rusiya lideri Vladimir Putin Prezident İlham Əliyevi təbrik edib
2021-05-26 12:13
“Ölkənizin sosial-iqtisadi inkişafda qazandığı uğurlar hamı tərəfindən qəbul edilib”. Bu barədə Rusiya Prezidenti Vladimir Putinin Prezident İlham Əliyevə ünvanladığı təbrik məktubunda deyilir. Rusiya lideri bildirib ki, Azərbaycan dünya arenasında haqlı nüfuz qazanıb, beynəlxalq gündəliyin bir çox aktual məsələlərinin həllində mühüm rol oynayır. “Fevral ayında imzalanmış Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə, heç şübhəsiz, bütün sahələrdə ikitərəfli əlaqələrin keyfiyyətcə yüksəlməsinə şərait yaradacaq", - Putin qeyd edib.
Vüsalə camal