Canlı
Rusiya Azərbaycan, Ermənistan və Belarusdan idxal olunan mallara nəzarəti gücləndirəcək

Rusiyanın kənd təsərrüfatı mallarına nəzarət edən orqanı - "Rosselxoznadzor" Azərbaycan, Ermənistan və Belarusdan meyvə-tərəvəz, xüsuslilə də pomidorların idxalına nəzarəti gücləndirəcək. Buna səbəb kimi bu ölkələrdən qadağan olunan məhsulların ixrac edilməsi hallarının artması amili göstərilib. Bildirilib ki, faktların qarşısının alınması üçün malların qablaşdırılması zamanı istehsalçının dəqiq adresinin göstərilməsi tələb edilir. Əks halda, mallar mənbəyi aydınlaşdırılana qədər saxlanılacaq.

Ruhəngiz Hacızadə