Canlı
Rus mütəxəssislər İranın nüvə obyektində yoxlamalar aparıblar

2018-04-16 / 14:07

Rusiyanın “Rosatom” şirkətinin mütəxəssisləri İranın Fordo nüvə obyektində yoxlamalar keçiriblər. Yoxlama Rusiya-İran birgə qaz sentrifuqaları kaskadının yenilənməsi ilə bağlı aparılıb. Proses İranla beynəlxalq “altılıq” ölkələri arasında 2015-ci ildə əldə olunmuş birgə hərtərəfli fəaliyyət planına əsasən keçirilib. Həmin nüvə obyektindəki iki kaskad 174 sentrifuqadan ibarətdir.

Ruhəngiz Hacızadə