Rus bölməsi üzrə I sinfə qəbul olmaq istəyənlərin onlayn müsahibə imkanları müzakirə edilir
2020-04-28 14:00
Bu il ölkədə rus bölməsi üzrə 1-ci sinfə qəbul üçün təxminən 8000-ə qədər uşağın qeydiyyatının aparılması nəzərdə tutulur. Bu uşaqların müsahibəsinin onlayn platforma üzərindən keçirilmə imkanları müzakirə olunacaq. Təhsil nazirinin müavini Məhəbbət Vəliyevanın sözlərinə görə, yaranan vəziyyət nəticəsində ölkə üzrə təxminən 300-ə yaxın uşaq müsahibə mərhələsindən keçməyib. Buna görə də, ilkin mərhələdə məktəbəhazırlıq qruplarında təhsil alan 300-ə qədər uşağın müsahibəsi təşkil ediləcək.
Nərgiz Camal