Rumıniyanın paytaxtı Buxarestdəki Avropa çempionatında qadın güləşçilərin mübarizəsinə yekun vurulub

2019-04-13 / 12:11

Rumıniyanın paytaxtı Buxarestdəki Avropa çempionatında qadın güləşçilərin mübarizəsinə yekun vurulub. Zəriflərinin yarışının son günü komandamız daha 3 medal qazanıb. 65 kq çəki dərəcəsində yer alan Elis Manolova qızıl medala yiyələnib. O, finalda rumıniyalı rəqibinin kürəyini yer vurub. Alyona Kolesnik və Tatyana Omelçenko isə bürünc medala sahib olublar. Beləliklə, Azərbaycan millisi qitə yarışını 1 qızıl, 3 bürünc medalla başa vurub.

Fərid Mehdiyev