"Ruhlar ölməz, ədalət itməz" - Prezident İlham Əliyev Xocalı soyqırımı ilə bağlı paylaşım edib
2021-02-26 12:01
XX əsrdə bəşər tarixinə Xocalı soyqırımı kimi daxil olan qanlı faciənin 29-cu ildönümü ilə əlaqədar Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva faciə qurbanlarının xatirəsinə Bakının Xətai rayonunda ucaldılan abidəni ziyarət ediblər. Eləcə də Prezident İlham Əliyevin rəsmi "Facebook" səhifəsində Xocalı soyqırımının 29-cu il dönümü ilə bağlı "Ruhlar ölməz, ədalət itməz" sözləri qeyd olunan paylaşım edilib.
Fərid Mehdiyev