Ruben Vardanyanın həbs müddəti uzadılıb
Qarabağdakı keçmiş qondarma qurumun "dövlət naziri" Ruben Vardanyan barəsində seçilmiş həbsqətimkan tədbiri daha 5 ay uzadılıb. Cinayət işi üzrə istintaqın aparıldığı Dövlət Təhlükəsizliyi Xidməti İstintaq Baş İdarəsinin vəsatətinə Səbail Rayon Məhkəməsində baxılıb. Ruben Vardanyan ötən il Qarabağda saxlanılaraq Bakıya gətirilib. Ona Cinayət Məcəlləsinin bir neçə maddəsi ittiham verilib.
Azad Mustafayev