Ruben Vardanyanın həbs müddəti uzadılıb
Ruben Vardanyan barəsində seçilmiş qətimkan tədbirinin müddəti uzadılıb. Səbail Rayon Məhkəməsi Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə qərar qəbul edib. Qərara əsasən, Vardanyanı həbsdə saxlama müddəti daha 4 ay uzadılıb. Ermənistan vətəndaşı olan Vardanyanın Cinayət Məcəlləsinin terrorçuluğu maliyyələşdirmə, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə və Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçmə maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsinə əsaslı şübhələr müəyyən edilib.
Vüsalə Cənnətova