Canlı
Rostropoviçin şəxsi kolleksiyasında olan əşyalar hərraca çıxarılacaq

2018-10-11 / 18:01

Rusiyalı opera müğənnisi Qalina Vişnevskayanın və onun dünya şöhrətli violençel ifaçısı həyat yoldaşı Mstislav Rostropoviçin şəxsi kolleksiyasında olan əşyalar "Sotheby's" hərracına çıxarılacaq. Kolleksiya 300-dən çox incəsənət əsəri, mebellər, zinət əşyaları, kitablar və M.Rostropoviçin ifa etdiyi musiqi alətlərindən ibarətdir. Əşyalar 4,6 milyon dollar dəyərində qiymətləndirilir.

Vüsalə Camal