Ronaldu "Real Madrid"ə qayıdacaqmı? Peres məsələyə münasibət bildirib
2021-04-20 14:00
İspaniyanın "Real Madrid" klubunun prezidenti Florentino Peres İtaliya "Yuventus"unda çıxış edən ulduz futbolçu Kriştianu Ronaldunun qayıtma ehtimalına münasibət bildirib. 74 yaşlı funksioner portuqaliyalı hücumçunun "kral klubu"na dönməyəcəyini deyib. Kriştianu Ronaldunun İtaliya klubu ilə sözləşməsi 2022-ci ilin yayında başa çatmalıdır. Portuqaliyalı oyunçunun illik məvacibi 31 milyon avrodur. Forvard Turin klubuna 2018-ci ilin iyulunda "Real Madrid"dən 117 milyon avroya keçib.
Nərgiz Camal