Ronaldonun oğlu Reala qayıdıb
“Real”ın keçmiş hücumçusu Kriştiano Ronaldonun oğlu La Liqa təmsilçisinin gənclərdən ibarət akademiyasına qayıdıb. 12 yaşlı kiçik Kriştiano indiyə qədər atasının çıxış etdiyi klubların uşaqlardan ibarət komandasında - “Real”, “Yuventus” və “Mançester Yunayted”də çıxış edib. O, kral klubunun 14 yaşadək futbolçulardan ibarət komandasında 20 matçda 50-dən çox qol vurmağı bacarıb.