Ronaldodan daha 2 rekord
2020-07-21 10:09
İtaliyanın "Yuventus" klubunun ulduz futbolçusu Kriştianu Ronaldu yeni rekordlara imza atıb. 35 yaşlı hücumçu buna A Seriyasının 32-cü turunda "Latsio" ilə matçda nail olub. Portuqaliyalı forvard İtaliya çempionatı tarixində 50 qola ən tez çatan futbolçudur. Ronaldu 61 qarşılaşmada 50 dəfə fərqlənib. Hücumçu həmçinin İtaliya, İngiltərə və İspaniya çempionatlarında ən az 50 qol vuran ilk oyunçu kimi də tarixə düşüb.
Nərgiz Camal