Ronaldo bu dəfə hakim səhvini düzəltdi
Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandasının portuqaliyalı hücumçusu Kriştianu Ronaldu Asiya Çempionlar Liqasının V turunun İranın “Persepolis” komandası ilə oyununda hakim səhvini düzəldib. Matçın 2-ci dəqiqəsində Ronaldu rəqibi ilə mübarizədən sonra cərimə meydançasında yıxılıb. Hakim dərhal penalti təyin edib, lakin Kriştianu hakimə yaxınlaşaraq rəqibinin qaydaları pozmadığını bildirib. Bundan sonra VAR penaltini ləğv edib. Qarşılaşma 0:0 hesabı ilə heç-heçə başa çatıb.
Emin İsazadə