Robert Levandovski Polşada ilin idmançısı seçilib
2021-01-10 12:00
Almaniyanın “Bavariya” klubunun hücumçusu Robert Levandovski “Przegląd Sportowy” nəşri tərəfindən 2021-ci ildə Polşanın ən yaxşı idmançısı seçilib. 33 yaşlı futbolçu karyerasında üçüncü dəfə bu mükafatı alıb. O, daha əvvəl 2015-ci və 2020-ci illərdə bu nominasiyada qalib olub.
Nərgiz camal