Robert Koçaryan və Serj Sarqsyan barədə axtarış elan edilib
2021-02-21 18:12
Azərbaycan Ermənistanın sabiq prezidentləri Robert Koçaryan və Serj Sarqsyan barədə axtarış elan edib. Respublika Hərbi Prokurorluğunun məlumatına görə, hər iki şəxs Azərbaycan və erməni xalqları arasında milli düşmənçilik salmaq, nifrət oyatmaq, qondarma “Dağlıq Qarabağ Respublikası”nın elan olunması barədə qanunsuz qərar qəbul etdiklərinə və digər cinayətlər törətdiklərinə görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib.
Nərgiz camal