Rixard Raşi Xankəndidə quruculuq işləri ilə tanış olub
Slovakiya Respublikası Milli Şurasının sədri Rixard Raşi başçılıq etdiyi nümayəndə heyəti ilə Xankəndi şəhərinə səfər edib.Qonaqlar şəhərdə aparılan bərpa və yenidənqurma işləri, yeni yaşayış məhəllələri və infrastruktur layihələri ilə tanış olublar. Nümayəndə heyəti həmçinin Zəfər Parkını ziyarət edib.Səfər çərçivəsində Qarabağ Universitetində də görüş keçirilib, universitetin fəaliyyəti və beynəlxalq əməkdaşlıq imkanları müzakirə olunub.
15 may 2026

