Canlı
Riqada keçirilən “Volvo Open Cup”da Azərbaycan fiqurlu konkisürənləri gümüş medal qazanıblar

Latviyanın paytaxtı Riqada keçirilən “Volvo Open Cup”da Azərbaycan fiqurlu konkisürənləri çıxışlarını başa vurublar. Cütlərin yarışında ölkəmizi Sofiya Karaqodina və Semyon Stepanov təmsil ediblər. Qısa proqramda 3-cü olan idmançılarımız sərbəst çıxışda ikinci yeri tutublar. Ümumi nəticədə 137,38 xal toplayan cütlük turniri gümüş medalla başa vurub.

Vəfa Şairova