Rezidenturaya qəbul imtahanının birinci mərhələsi üzrə imtahan keçiriləcək
2021-06-16 12:05
İyunun 19-da rezidenturaya qəbul imtahanının birinci mərhələsi üzrə imtahan keçiriləcək. Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, prosesdə 1021 namizəd iştirak edəcək. Onlardan 795 nəfər Azərbaycan, 226 nəfər isə rus bölməsi üzrə imtahan verəcək. Ərizə verənlərdən 8 nəfər xarici ölkə vətəndaşıdır. Proses Bakı və Naxçıvan şəhərlərində reallaşacaq.
Nərgiz camal