Reza Mehmandust yenidən kişi taekvondoçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi təyin olunub
Mütəxəssis bu postda Məmməd Abdullayevi əvəzləyib. Abdullayev Türkiyənin Konya şəhərində keçirilmiş V İslam Həmrəyliyi Oyunlarında yığma qaneedici nəticələr göstərə bilmədiyi üçün vəzifəsindən kənarlaşdırılıb. Elnur Amanov Mehmandustun köməkçisi təyin edilib.