Canlı
Reynaldo yenidən "Qarabağ”ın formasını geyinə bilər

2018-10-11 / 14:43

"Qarabağ”ın sabiq hücumçusu Reynaldo Silva karyerasını yenidən Azərbaycanda davam etdirə bilər. Bu barədə Qazaxıstan mətbuatı məlumat yayıb. Bildirilir ki, “Aktobe”nin forvardının ölkəmizə gəlişinin məqsədi özünə klub axtarmaqdır. Bu ilin mart ayında “Aktobe”yə keçən Reynaldo Qazaxıstan klubunun heyətində keçirdiyi 26 matçda 6 qola imza atıb.

Ruhəngiz Hacızadə