Revanşizm səylərindən vaz keçmək, gələcəyə doğru baxmaq üçün Ermənistana xəbərdarlıq vaxtıdır. Azərbaycan Prezidenti
2021-09-29 10:10
Regionda sülhün bərqərar olunması ilə bağlı mövqeyimiz xüsusilə sərhədlərin delimitasiyası və demarkasiyası üzərində işə başlamaqdan, Ermənistanla sülh sazişinin üzərində aparılacaq hərtərəfli danışıqlara hazırlaşmağa başlamaqdan ibarətdir. Bunlar xoşməramlı jestlərdir. Prezident İlham Əliyev “France-24” televiziya kanalına müsahibəsində bildirib ki, bunların heç birinə Ermənistan rəhbərliyi tərəfindən adekvat cavab verilməyib. "Biz müharibəyə başlamaq istəmirik. Lakin hesab edirəm ki, revanşizm səylərindən vaz keçmək və gələcəyə doğru baxmaq üçün onlara xəbərdarlıq etmək vaxtıdır", - deyə dövlət başçısı qeyd edib.
Nərgiz camal