Respublika Perinatal Mərkəzində baş verən yanğınla bağlı zəruri istintaq hərəkətləri aparılır
Fövqəladə Hallar Nazirliyinə Bakının Xətai rayonu, Yusif Səfərov küçəsində yerləşən Respublika Perinatal Mərkəzinin dördüncü mərtəbəsində yanğın olması barədə məlumat daxil olub. Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev də hadisə yerinə gəlib. Polis və prokurorluq əməkdaşları əraziyə səfərbər olunublar. Binanın dörd və üçüncü mərtəbələrindəki personal, stasionar müalicə alan 90 nəfərdən 50-si təxliyə olunub. Mərkəzin mühafizəçisi tüstüdən zəhərlənmə səbəbi ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya edilib. Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini Rza Xudiyev hadisə ilə bağlı araşdırmaların aparıldığını bildirib.
Vüsalə Cənnətova