Respublika Perinatal Mərkəzində baş verən yanğında 4 uşaq ölüb
Bakıda Respublika Mərkəzdə baş verən yanğın nəticəsində 3 nəfər tüstüdən zəhərlənib. Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilənlərin vəziyyətləri stabildir, ambulator müalicə üçün evə buraxılacaqlar. Perinatal Mərkəzin Yenidoğulmuşların intensiv terapiya şöbəsində müalicə alan 4 uşağınsa meyiti aşkar olunub. Binanın 4-cü mərtəbəsində qeydə alınan yanğının söndürülməsinə 20 texnika və 90 nəfərə yaxın canlı qüvvə cəlb edilib. Yanğın bir otaqda 35 kvadratmetr sahəni əhatə edib. Alov qısa vaxtda söndürülüb. Faktla bağlı cinayət işi başlanıb.
Vüsalə Cənnətova